Bakıda bir nəfər dənizdə batdı

Bakıda bir nəfər dənizdə batdı

Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxan 1 nəfər batıb.

Aktual.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxan 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. 

Axtarış-xilasetmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək. 

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR