Bakıda "bəxtsiz oğrular" — yenə başıbəlalı "Milliön" + FOTO

Bakıda

Dünən gecə saatlarında oğurluq hadisəsi baş verib.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, dünən gecə yarısı Buzovna qəsəbəsi Albalılıq dayanacağında yerləşən "Bazar" marketə 3 kimliyi naməlum şəxs basqın edib. Market bir neçə gün öncə fəaliyyətini dayandırdığı üçün kassada pul və digər dəyərli nəsə ələ keçirməyən oğrular əliboş qayıtmamaq üçün "Milliön" aparatını götürərək "Opel" markalı avtomobilə minərək qaçıblar.

Hadisə şahidlərinin sözlərinə görə, "Milliön" aparatında isə cəmi 102 manat pul olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Niyam Şirinov

 
Aktual.az
 
 
Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR