Bakıda bədbəxt hadisə - Fəhlə kranın altında qaldı

Bakıda bədbəxt hadisə  - Fəhlə kranın altında qaldı

Bakıda bədbəxt hadisə baş verib.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, fəhlə aşan kranın altında qalaraq can verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Zığda yerləşən Neft-Qaz Tikinti Trestinin işçisi- Əslən Lerik rayonundan olan və Ramana Sovxozu adlanan ərazidə yaşayan 1963-cü il təvəllüdlü Ələddin Muradov ərazidə iş apararkən aşan yük kranının altında qalıb.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 53 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun qeyd edilən zavodda çilingər işlədiyi bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bir müddət əvvəl də Bakıda qaldırıcı kran ölümə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalması barədə müraciət daxil olub.

Dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarılıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR