Bakıda axtarışda olan şəxslər saxlanıldı

Bakıda axtarışda olan şəxslər saxlanıldı

Bakı şəhərində axtarışda olan şəxslər saxlanılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu rayon 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Amil Şahməmmədov tutulub.

Xətai rayon 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Məhəmməd Quliyev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Xəbər 796 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR