Bakıda "avtoş" qəza törətdi - FOTO

Bakıda

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

Şəhər istiqamətində "VAZ 2115" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan avtomobil Səxavət Dünyamalıyevə məxsus "Mercedes"ə çırpılıb. Qəza zamanı "VAZ 2115" yararsız hala düşüb, sürücüsü isə bədən müxtəlif xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, "VAZ 2115"-in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Qəzanın baş vermə səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırmalar davam edir.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR