Bakıda avtobus qəzaya düşüb – Yaralılar var

Bakıda avtobus qəzaya düşüb – Yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May” stansiyasının yaxınlığında baş verib.
"BakuBus” MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA” markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR