Bakıda avtobus qəzaya düşdü - 1 ölü və 10-dan çox yaralı

Bakıda avtobus qəzaya düşdü   - 1 ölü və 10-dan çox yaralı

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR