Bakıda 9 maşın toqquşdu - Yaralılar var (Video )

Bakıda 9 maşın toqquşdu   - Yaralılar var (Video )

Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.


Aktual.az Anspress-ə istinadən xəbər verir ki, Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək surətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.

Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.

“Bir saat əvvəl Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb”.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR