Bakıda 60 yaşlı kişi yolda can verdi

Bakıda 60 yaşlı kişi yolda can verdi

Dünən axşam saatlarında yolu keçərkən avtomobillə vurulan şəxs ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) verilən məlumata görə, sentyabrın 27-i saat 22:30 radələrində, Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vladislav Əliyev idarə etdiyi "Opel-Astra" markalı avtomobillə piyada Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü İsrafil Məstəliyevi vurub.

Nəticədə İ.Məstəliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Aktual.az

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR