Bakıda 32 yaşlı kişi bıçaqlandı

Bakıda 32 yaşlı kişi bıçaqlandı

Sabunçu rayonunda qanlı hadisə baş verib. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 32 yaşlı Mahmudov Bəhruz Yavər oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Mahmudovda daxilə nüfuz edən bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralının ifadəsi alınıb. Bəhruz Mahmudov bildirib ki, evdə yıxılıb və bu zaman ona bıçaq batıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Zərərçəkənin ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra bəlli olacaq.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR