Bakıda 22 yaşlı qızı avtomobillə vuran sürücü qaçdı

Bakıda 22 yaşlı qızı avtomobillə vuran sürücü qaçdı

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR