Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda yeniyetmə küçədə bıçaqlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 5-ci döngədə yerləşən "Neptun" marketin qarşısında baş verib.
Şəki şəhərində anadan olmuş, Binəqədi qəsəbə sakini, 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğlu tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR