Bakıda 14 baş heyvan yanaraq tələf oldu

Bakıda 14 baş heyvan yanaraq tələf oldu

Xəzər rayonunda vətəndaşa məxsus 14 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.


Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 14 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR