Bakıda 10-dan çox avtomobil toqquşdu — YENİLƏNİB + VİDEO, FOTO

Bakıda 10-dan çox avtomobil toqquşdu   — YENİLƏNİB + VİDEO, FOTO

Bu gün aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları müəyyənləşib.

Aktual.Az xəbər verir ki, bu barədə Report-a Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir.

19:25

Səhiyyə Nazirliyindən mətbuat xidmətindən Aktual.Az-a bildiriblər ki, Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin sayı 21-ə çatıb.

18:16

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin sayı 14-ə çatıb.

Bu barədə Aktual.Az-a Azərbaycanın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, qəza barədə məlumat daxil olan kimi hadisə yerinə dərhal 5 təcili yardım briqadası göndərilib.

Qəza zamanı ağır xəsarət almış 5 nəfər xəstəxanalara gətirilib. Onlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Digər xəsarət alanlara hadisə yerində yardım göstərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanınsözlərinə görə, sonradan həmin şəxslər təkrarən təcili yardıma müraciət ediblər. Qəzada xəsarət almış daha 9 nəfərin xəstəxanaya gətirilməsi ilə ümumilikdə hadisə nəticəsində tibb müəssisələrinə yerləşdirilən şəxslərin sayı 14-ə çatıb.

Liya Bayramovanın bildirdiyinə görə, həkimlər yaralılara yüksək səviyyədə yardım göstəriblər. Hazırda onların müayinəsi və müalicəsi davam edir.

17:46

Bakıda dəhşətli yol qəzası baş verib.

Hadisə şahidlərinin Aktual.Az-a istinadən verdiyi məlumata görə, hadisə Aeroport yolunda bu dəqiqələrdə baş verib.   

Məlumata əsasən, 10-dan çox avtomobil toqquşub, çoxlu sayda yaralı var.

Ərazi Dövlət Yol Polisi əməkdaşları tərəfindən bağlanıb. Hadisə yerinə Təcili Tibbi Yardımın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri və DYP əməkdaşları cəlb edilib.

 
 
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR