Bakı sakini mənzilində ölü tapıldı

Bakı sakini mənzilində ölü tapıldı

Bakıda mənzildə meyit aşkarlanıb. 

Aktual.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1954-cü il təvəllüdlü Rzayeva Solmaz Yavər qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. 

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. 

Əməliyyat saat 13:20-də başa çatıb. 

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR