Bakı-Qazax yolunda yol qəzası - 2 nəfər öldü

Bakı-Qazax yolunda yol qəzası   - 2 nəfər öldü

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Aktual.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub. Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 00:09-da başa çatıb. 

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR