Bakı-Qazax magistralında qəza - Sürücü yaralandı

Bakı-Qazax magistralında qəza   - Sürücü yaralandı

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 199-cu kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib. Mingəçevir şəhər sakini 51 yaşlı Rəsulov Mühasib Hacı oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə, Kürdəmir rayon sakini Qənbər Qənbərovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə hər iki maşına xeyli ziyan dəyib, “VAZ-21099” markalı maşının sürücüsü M. Rəsulov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Aktual.az

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR