Bakı aeroportunda 2 yaşlı uşaq xəsarət aldı

Bakı aeroportunda 2 yaşlı uşaq xəsarət aldı

Heydər Əliyev Beynəlxalq Hava Limanında martın 3-də axşam saatlarında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından iki yaşlı uşaq xəsarət alıb.

Aktual.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, iki yaşlı İsa Əliyev təyyarəyə minmə zamanı anasının əlindən çıxaraq pəncərəyə tərəf qaçıb. Nəticədə hava limanı binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hava limanının müvafiq xidməti tərəfindən uşağa yerində operativ tibbi yardım göstərilib və daha sonra o Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə təhvil verilib.

Bu hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq hava limanı qeyd edir ki, terminalın ərazisində uşaqlar üçün xüsusi yerlər təchiz olunub və valideynləri diqqətli olmağa çağırır.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR