Azərbaycanlı iş adamı faciəli şəkildə ölüb

Azərbaycanlı iş adamı faciəli şəkildə ölüb

Gürcüstanın Marneuli rayonunda bədbəxt hadisə baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında azərbaycanlı iş adamı Rafil Qədir oğlu Musayev həyətyanı sahəsindəki su quyusuna düşərək boğulub. Hadisə yerinə Rustavi Fövqəladə hallar departamentinin əməkdaşları gələrək onun meyitini 15 metr dərinlikdə olan su quyusundan çıxarıblar.

R. Musayev Marneulidə tanınmış şəxslərdən biri olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR