Azərbaycanın informasiya resurslarına HÜCUM PLANI

Azərbaycanın informasiya resurslarına   HÜCUM PLANI

Erməni haker qrupları Azərbaycan və Türkiyənin informasiya resurslarına qarşı genişmiqyaslı hücuma hazırlaşırlar.


Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) deyiblər.

Bununla əlaqədar, CERT Azərbaycanda informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi barədə xəbərdarlıq edir.

Mərkəzdən deyiblər ki, hücumlar məqsədyönlü olacaq və qondarma "erməni soyqırımı"na həsr olunacaq.

CERT-in monitorinqinə əsasən, hücumlar 23-24 aprel tarixinə təsadüf edəcək.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR