Azərbaycanda yarımstansiyada partlayış: Yaralılar var - YENİLƏNİB

Azərbaycanda yarımstansiyada partlayış: Yaralılar var  - YENİLƏNİB

Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

***

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

Aktual.az report-a istinadən bildirir ki, partlayış zamanı xəsarət alanlar var. 
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az 
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR