Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı

Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı

Həyat yoldaşı tərəfindən bıçaqlanan Səbinə Atababayeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Atababayeva Səbinə mayın 16-da Fatmayı kəndindən bədənin müxtəlif hissələrinin kəsilmiş deşilməş yatrası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib”.
Kliniki Tibbi Mərkəzdən Publika.az-a bildirilib ki, qadın hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağırdır.

***

Fatmayi qəsəbəsində ər hamilə xanımını bıçaqlayıb, uşaq tələf olub
Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.
Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.(Ona)
Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR