Azərbaycanda dəhşət - Qadının başını kəsib, yandırdılar

Azərbaycanda dəhşət   - Qadının başını kəsib, yandırdılar

Samux sakininin evində yanmış meyiti tapılıb.


Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Samux rayon sakini 62 yaşlı Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanmış meyiti tapılıb. Onun başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədi aşkarlanıb.

İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb. Məlumata görə, qadın mənzilində nəvəsi ilə yaşayırmış və hadisə baş verən zaman o, evdə olmayıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları hadsə yerində araşdırma aparırır. 

Aktual.az

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR