Azərbaycan avtomobil istehsalını azaldıb

Azərbaycan avtomobil istehsalını azaldıb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 325 ədəd minik, 130 ədəd yük avtomobili istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,8% azalma və 4% artım deməkdir.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə traktor istehsalında da azalma müşahidə olunub. Traktor istehsalı illik müqayisədə 16% azalaraq 451 ədədə düşüb. Bundan başqa, hesabat dövründə ölkədə 260 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal olunub. 

Hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Qeyd edək ki, cari ilin ilk 4 ayı ərzində ölkəyə ümumilikdə 12 890 ədəd avtomobil idxal olunub. Bunun da 11 740 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645 ədədini yük daşımaq üçün motorlu nəqliyyat vasitələri təşkil edib.

Aktual.az

Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR