Çaya düşən sürücünün meyiti 14 gün sonra tapıldı

Çaya düşən sürücünün meyiti 14 gün sonra tapıldı

Qubada itkin düşmüş sürücünün meyiti tapılıb.

DİN Mətbuat xidmətinin Quba regional qrupundan "Report”a daxil olan məlumatda bildirilib ki, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşüb. Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilmişdi.
Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.
Ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.
Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini veribr. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.


Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR