Avtomobil piyadanı vuraraq öldürüb Şirvanda

Avtomobil piyadanı vuraraq öldürüb  Şirvanda

Şirvanda avtomobil Saatlı sakinini vuraraq öldürüb. 

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Şirvan şəhəri, Heydər Əliyev prospektində baş verib.  

Şirvan sakini, T.İsmayılov küçəsi 26 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Həsənli Pərviz Taleh oğlu idarə etdiyi "Mercedes" markalı 90 LK 322 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayonunun Məmmədabad kənd sakini, 1970-ci il təvəllüdlü Ə. Mirzəyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Sürücü istintaqa cəlb edilib.  

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Aktual.az

Xəbər 804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR