Avtobusla minik avtomobili toqquşdu - Ölən var

Avtobusla minik avtomobili toqquşdu - Ölən var

Bu gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı sərnişin daşıyan avtobusla, “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Onun kimliyi hələ ki məlum deyil. Avtobusda sərnişin olmayıb və sürücüdə xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir. 

Aktual.az

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR