Avtobus qəzaya uğradı, yaralı var

Avtobus qəzaya uğradı, yaralı var

Lənkəranda minik avtomobili avtobusla toqquşub.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Digah kəndində "VAZ" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində avtomobildə sıxılaraq qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR