Avtobus 68 yaşlı piyadanı vurdu

Avtobus 68 yaşlı piyadanı vurdu

Bu gün axşam saat 20:30 radələrində Gəncə şəhəri Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ramin Rüstəmov idarə etdiyi "İsuzu" markalı avtobusla hərəkəttə olarkən, yolu keçmək istəyən piyada 68 yaşlı Gəncə sakini Mustafa Mərdənovu vurub.

Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb. Vəziyyəti orta ağır qiymətləndirilir. 

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR