"Avropa öz prioritetlərini müəyyənləşdirməlidir" Vitse-prezident


Avropa Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün addımlar atmalıdır və öz prioritetlərini müəyyənləşdirməlidir.  

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib: "Əgər Avropa öz enerji təhlükəsizliyini təmin etmək istəyirsə, o zaman Cənub Qaz Dəhlizi layihəsinin Avropada genişləndirilməsini asanlaşdırmaq üçün addımlar atmalıdır". 

"Çünki Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu layihə təkcə enerji və boru kəməri layihəsi deyil, həm də siyasi təşəbbüsdür. Ümid edirik ki, Avropa da bənzər yanaşmanı qəbul edəcək. Bu layihə kommersiya baxımından da dayanıqlı layihədir və neftin qiymətinə bağlı deyil", - SOCAR rəsmisi vurğulayıb.

Aktual.az

Xəbər 754 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR