Ağsuda "Ford" markalı yük avtomobili yanıb

Ağsuda

Ağsuda "Ford" markalı yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

"Report"un Muğan mərkəzinin verdiyi məlumata görə, hadisə Muğanlı - İsmayıllı dolayının 13 km-də, Ağsu rayonu ərazısındə baş verib.
Bakıdan İsmayıllı istiqamətində hərəkət edərkən anidən avtomobilin mühərrik hissəsində yanğın baş verib. Bakı şəhəri Xətai rayon sakini, 1985-cı il təvəllüdlü Sərdərov Daşqın Rəhim oğlunun idarə etdiyi 99 TX 312 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilində baş verən yanğın zamanı sürücü canını çətinliklə qurtarıb. Avtomobilin yanar kanstruksiyaları alovdan tam yararsız vəziyyətə düşüb.
Hadisənin baş verməsinə səbəb kimi nəqliyyat vasitəsinin elektrik sistemində baş verən qısaqapanma göstərilib. 
Faktla bağlı araşdırma aparılır.
Xəbər 100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR