Astarada yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Astarada yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

 Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. 
Nəticədə "VAZ-2106"nın sürücüsü, 1985-ci il təvəllüdlü Artupa kənd sakini Rahim Ramiz oğlu Qulamov Lənkəran Rayon Məkəzi Xəstəxanasına çatdırılıb. Yaralı ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hələlik adları açıqlanmayan digər üç nəfər isə vəziyyətləri orta-ağır olduğundan Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR