Astarada X sinif şagirdi itkin düşüb

Astarada X sinif şagirdi itkin düşüb

 Astara rayonunda X sinif şagirdi itkin düşüb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, 16 yaşlı Şahin Kərim oğlu Əliyev oktyabrın 26-da səhər saat 10 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Rinə kənd orta ümumtəhsil məktəbinin X sinfində oxuyan yeniyetmə ailəsi ilə birlikdə Küəş kəndində yaşayır. Onun axtarışı üçün qohumları ilə yanaşı, hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar hələlik nəticə verməyib. Yağışlı hava şəraitində meşəyə getməyin məqsədəuyğun olmadığı ehtimalı da diqqətdə saxlanılır.

Qeyd edək ki, Ş.Əliyevin meşəyə qoz yığmağa getdiyi bildirilir.

Aktual.az

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR