Astarada 6 otaqlı ev yandı

Astarada 6 otaqlı ev yandı

Astarada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiyəkəran kəndində  (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib.  

Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Aktual.az

Xəbər 1039 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR