Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub

Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub

Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Artupa kəndində baş verib. 
 Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımovahəyətlərindəki su çəninə düşərək boğulub.
Onun ailə üzvləri "Report"un yerli bürosuna bildirib ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər. 
Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 110 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR