Arif Yunus azadlığa buraxıldı

Arif Yunus  azadlığa buraxıldı

Ədliyyə Nazirliyi onun barəsində həbs qətiimkan qərarının dəyişdirilməsini xahiş edib


Bakı şəhər Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların məhkəmə prosesi keçirilib.
Aktual.az-ın Apa-ya istinadən məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən prosesdə Ədliyyə Nazirliyindən daxil olmuş məktub oxunub.

Məktubda bildirilir ki, alman həkimin müayinəsindən sonra Arif Yunusun təzyiqinin həddən artıq yuxarı olması müəyyən edilib. Bu səbəbdən onu MTN-nin təcridxanasından Penitensiar Xidmətin xəstəxanasına köçürüblər. Burada isə müvafiq müayinələri aparmaq mümkün olmadığından onun barəsində həbs qətiimkan qərarının dəyişdirilməsi xahiş olunub.

Prokuror qərarın dəyişdirilməməsini tələb etsə də, müdafiə tərəfinin israrlı tələblərindən sonra hakim Arif Yunusun barəsində qətiimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək iltizamı ilə əvəz olunması barədə qərarı elan edib.

Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR