Araz Ağalarov milyardlıq layihə aldı

Araz Ağalarov milyardlıq layihə aldı

Avqustun 12-də açıq müsabiqənin qalibi “Stroyqazkonsaltinq” şirkətinin MDAY (Mərkəzi dairəvi avtomobil yolu) inşaat işlərini Araz Ağalarovun rəhbərlik etdiyi “Crocus Group”-un strukturlarından birinə təhvil verilməsi proseduru başa çatıb.

Aktual.az oxu.az istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva meriyasının Yeni Ərazilərin İnkişafı Departamentinin rəhbəri Vladimir Jidkinbildirib.

MDAY-ın birinci seksiyasının inşasını Ağalarovun strukturlarından biri davam etdirəcək. Hüquqlar onlara verilib”, - o, sazişin xırdalıqlarını və təfərrüatını açıqlamadan bildirib.

Jidkinin sözlərinə görə, tikintinin özü 2016-cı ildə, yəni planlaşdırıldığından bir il sonra başlayacaq.

Bununla yanaşı, bir neçə gün öncə “Rusiya avtomobil yolları” Dövlət Komitəsinin investisiya və strateji planlama üzrə idarəsinin sədr müavini Aleksandr Nosov “Moskva” informasiya agentliyinə bəyan edib ki, MDAY-ın işə salınması vaxtı əvvəlki kimi 2018-ci ilin sonu olaraq qalır.  

MDAY-ın tikintisinin birinci növbəsinin başlanılmaması mayda məlum olub, belə ki, Moskva hökumətinin strukturu olan “Avtomobil yolları” tərəfindən keçirilən tenderin qalibi, “Qazprom”un podratçısı “Stroyqazkonsaltinq” şirkəti müqavilədən imtina edib. Səbəb kimi isə şirkətin mülkiyyətçisinin dəyişməsi göstərilib (“Stroyqazkonsaltinq”in əvvəlki sahibləri ərəb əsilli biznesmen Ziyad Manasir və Ruslan Baysari şirkəti İlya Şerboviçin UCP fondunun strukturlarına və Qazprombanka satıblar).

Müsabiqənin nəticələri elan edildikdən sonra “Stroyqazkonsaltinq” “Avtomobil yolları”ndan bank zəmanəti olmadığı üçün avans ala bilməyib və işi yerinə yetirə bilməyəcəyini bildirib.

Həmin tenderdə Ağalarovun “Crocus Group” şirkəti də iştirak etmişdi və ən aşağı qiymət təklif etməsinə baxmayaraq “Avtomobil yolları” şirkətin yol tikintisində kifayət qədər təcrübəsinin olmamasını əsas gətirərək “Stroyqazkonsaltinq”i qalib elan etmişdi.

“Avtomobil yolları” DK Vladimir Jidkinin bəyanatını Gudok.ru üçün şərh etməkdən imtina edib. “Crocus Group”-un mətbuat xidmətində isə suallara rəhbərliyin ezamiyyətdə olmasını səbəb tutaraq suallara cavab verə bilməyiblər.

Yenidən qurulmuş MDAY Moskva ətrafının əsas magistral yollarından olacaq. Yolun ümumi uzunluğu 521,63 km olacaq. Təhvil verilməsi 2018-ci ilin sonuna planlaşdırılır. İlk buraxılış kompleksi Sofyino rayonunda Minsk şossesi ilə Dolmatovo rayonunda M4 “Don” federal trassını birləşdirəcək.

 
Xəbər 837 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR