Agcabədidə avtomobil ağaca çırpılıb, ölənlər var

Agcabədidə avtomobil ağaca çırpılıb, ölənlər var

Agcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Aktual.az FHN-ə istinadən xəbər verir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Muğanlı kəndində "VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğluvə sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Daha əvvəl rayonun Boyat kəndində ölüm və xəsarətlə nəticələnən digər yol qəzası da baş verib.
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR