Məzahir Süleymanzadə dəfn edildi (FOTO/YENİLƏNİB)

Məzahir Süleymanzadə dəfn edildi (FOTO/YENİLƏNİB)

Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Dəfn mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Çıxış edənlər M.Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar.

09.54
 
Azərbaycanın tanınmış jurnalisti Məzahir Süleymanzadə vəfat edib.

Aktual.az-ın məlumatına görə, bu barədə onun qardaşı Tahir Süleymanzadə bildirib.

Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetski voin» jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan "Səhər" qəzetini təsis edib. Məzahir Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Fəxri bədən tərbiyəsi və idman xadimidir.







 
Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR