Ermənistan hakimiyyətinə xaricdən Rusiya ilə qarşıdurma xətti diktə olunur.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.
O bildirib ki, iki ölkə arasındakı münasibətlərdə baş verən dəyişikliklərin təşəbbüskarı Moskva deyil:
"Rusiya həmişə enerjidən humanitar məsələlərə qədər geniş sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Lakin İrəvanda bir sıra Qərb ölkəsinin diktə etdiyi müəyyən siyasi mülahizələr rəhbər tutulur. Onların məqsədi Cənubi Qafqazda yenidən sabitliyi pozmaqdır”.
Xəbər 63 dəfə oxunub.