İran Prezidenti Məsud Pezeşkian MDB ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə "MDB+1” formatının yaradılmasını təklif edib.
Bu barədə "Fars” agentliyi İran Prezidentinin MDB sammitindəki çıxışına istinadən məlumat yayıb.
Pezeşkian bildirib ki, "Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri + İran”, yaxud "MDB+1” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır.
İran Prezidentinin sözlərinə görə, bu format MDB ölkələri ilə İran arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər. (apa)
Xəbər 67 dəfə oxunub.