ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları proqramı SEPAH-ın maliyyə şəbəkələri haqqında məlumat üçün 15 milyon dollara qədər mükafat təyin edib.
Aktual.az xəbər verir ki, bu haqda Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, SEPAH terror fəaliyyətlərini maliyyələşdirmək üçün müxtəlif maliyyə mexanizmlərindən, o cümlədən kölgə neft şirkətləri və kölgə donanmaları vasitəsilə qanunsuz satışdan istifadə edir:
"Neftin qanunsuz satışından və ötürülməsindən əldə edilən gəlir terror fəaliyyətlərinin maliyyələşdirilməsinə, silahların hazırlanmasına və İran vətəndaşlarına qarşı zorakılıq aktlarının törədilməsinə sərf olunur".
Xəbər 67 dəfə oxunub.