Almaniya öz köklərinə - müharibəyə qayıdır - Knaysl

Almaniya öz köklərinə - müharibəyə qayıdır - Knaysl
  • DÜNYA

Almaniya və digər Avropa ölkələri tədricən ticarət və dinc əməkdaşlıq prioritetindən imtina edərək militarizasiyaya üstünlük verirlər.

Aktual.az xəbər verir ki, bu fikri Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Serbiyanın "Politika" nəşri üçün yazdığı məqalədə bildirib.

"Almaniya müharibə kursu götürüb. Görünür, Avropa, xüsusən də Almaniya öz köklərinə - ticarətdən müharibəyə, lakin yeni hərbi texnologiyalar və qlobal risklərlə qayıdıb", - deyə o qeyd edib.

Knaysl sıx iqtisadi əlaqələrin müharibələrin qarşısını ala biləcəyi fikrini şübhə altına alıb və Berlinin büdcə prioritetlərini tənqid edib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti ölkənin sosial müəssisələrinin və xəstəxanaların maliyyələşdirilməsi ilə bağlı davamlı problemlərinə baxmayaraq, vergi gəlirlərinin əhəmiyyətli bir hissəsini hərbi xərclərə ayırmağa hazırdır.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR