İranlı din xadimi, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərə görə üzr istəyib.
Aktual.az xəbər verir ki, Bərgi bu barədə özünün İnstaqram hesabında video paylaşıb.
"Mən Azərbaycanın gəlib İrana birləşməyini və ya müharibə edərək oranı alaq demək istəmirdim. Yox, bu sözlərimdə səhv etdim”, - Bərgi bildirib.
O, üzrxahlığı zamanı İranın mərhum ali rəhbəri Əli Xameneinin Azərbaycanla bağlı fikirlərinə də toxunub. O, Azərbaycanın İrana birləşdirilməsini nəzərdə tutmadığını vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycan türklərinin ana dilinin müdafiəsi ilə bağlı çıxışları ilə tanınan Bərgi son günlərdəki açıqlamalarında İran mərkəzli siyasi mövqe sərgiləməsi və Azərbaycanla bağlı mübahisəli ifadələr işlətməsi ilə diqqət çəkib.
Bərgi daha əvvəl çıxışında Azərbaycan Respublikasında yaşayan soydaşlarına işarə edərək, "Biz o Azərbaycana inanırıq ki, İranınkıdır. Biz Güney-Quzey Azərbaycan tanımırıq” ifadəsini işlətmişdi.
Xəbər 66 dəfə oxunub.