Ağdaşda yol qəzası olub, ölən və yaralanan var

Ağdaşda yol qəzası olub, ölən və yaralanan var

Ağdaş rayonunda ölüm və xəsarətlənəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mürsəl kəndiyaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb. 
Xəbər 633 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR