Ağdaşda QƏZA: avtomobil kanala aşdı

Ağdaşda QƏZA: avtomobil kanala aşdı

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə ilə bağlı Aktual.az-a  FHN-dən bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı kanala aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 
 
Aktual.az
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR