Ağdaşda maşın yandı, xəsarət alanlar var

Ağdaşda maşın yandı, xəsarət alanlar var

Ağdaşda minik avtomobili yanıb.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdaş şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yük hissəsi və 1 ədəd arxa təkəri yanıb.

Yanğın zamanı avtomobildə təmir işləri aparan zaman 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və qonşular tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR