Ağdamda yol qəzası olub, xəsarət alanlar var - VIDEO

Ağdamda yol qəzası olub, xəsarət alanlar var - VIDEO

 Ağdam rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Ağdam rayon sakini, Əhliqar Azay oğlu Ağayevin idarə etdiyi "Opel” markalı 99 EP 445 dövlət qeydiyyat nömrəli avtomobil hərəkətdə olan zaman yol kənarındakı meşəliyə düşərək ağaclara çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ə.Ağayev və sərnişin - Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Hüseynov müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Xəstəxanadan "Report"a verilən məlumata görə, sürücü Ə.Ağayevin vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR