Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşdü

Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşdü

Ağdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.

Aktual.az Report-a  istinadən xəbər verir ki, heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.

O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.

Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR