Ağcabədidə avtomobil ağaca çırpılıb – 3 nəfər ölüb, 4-ü yaralanıb (VİDEO)

Ağcabədidə avtomobil ağaca çırpılıb – 3 nəfər ölüb, 4-ü yaralanıb (VİDEO)

Ağcabədi rayonunda yol qəzası baş verib.


"Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır.

Bu barədə "Report”un Qarabağ bürosuna Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, qəzada xəsarət alan rayon sakinləri – 1984-cü il təvəllüdlü İsmayılov Tural, 1991-ci il təvəllüdlü Abdullayeva Günay, 2015- ci il təvəllüdlü Abdullayeva İlknur və 1994-cu il təvəllüdlü Abdullayeva Gülnur xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurlar.

Həkimlərin sözlərinə görə, 24 yaşlı Gülnur Abdullayevanın vəziyyəti daha ağır olduğundan Bakı şəhərindən xüsusi həkim briqadasə cəlb olunub. Digər yaralıların da xəstəxana şəraitində müalicə və müayinəsi davam edir.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR